Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib (FOTO)

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq
səylərə töhfə qismində Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən “Həkimlərin
İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu – Tsaritsa Yoanna
xəstəxanası”na Almaniya istehsalı olan 10 ədəd oksigen
konsentratoru aparatı (ağciyərlərin süni havalandırma aparatları)
təqdim edilib.

Trend xəbər verir ki, bu xeyriyyə addımı COVID-19 pandemiyası
ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata
keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiridir.

Bu addımın COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda
yaşanan hazırkı kritik şəraitdə koronavirus infeksiyasına yoluxmuş
insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi
xidmətin göstərilməsi baxımından olduqca vaxtında atıldığı və
təqdirəlayiq olduğu vurğulanıb.

Teqlər: