Heydər Əliyev Fondu uşaq evlərinə və internat məktəblərinə kitablar hədiyyə edib (FOTO)

Heydər Əliyev Fondu Bakıdakı bir sıra uşaq evləri, internat
məktəbləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət
müəssisələrinə kitablar hədiyyə edib.

Trend xəbər verir ki, aksiya Bakı Kitab Mərkəzi və bp Azərbaycan
şirkətinin dəstəyi ilə icra olunan “Yüksəl” təhsil layihəsi
çərçivəsində keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin
könüllüləri Bakı, Gəncə, Lənkəran və Şəkidə uşaq evləri, internat
məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət
müəssisələrində olub, Azərbaycan, türk, rus və ingilis dillərində
çap olunmuş, uşaqlar üçün nəzərdə tutulmuş şeirlər, hekayələr,
tapmacalar, ensiklopediyalar və digər mövzularda ümumilikdə
2000-dən çox kitab paylayıblar.

Aksiyanın davamı olaraq martın 17-də Xəzər Gənclər Evində uşaq
və yeniyetmələr üçün Novruz bayramına həsr olunan proqram təqdim
edilib, Gənclər Evinin kitabxanasına müxtəlif nəşrlər hədiyyə
olunub.

Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin
deputatı Soltan Məmmədov, bp-nin vitse-prezidenti Bəxtiyar
Aslanbəyli çıxışlarında layihənin gənc nəslin fərdi inkişafında və
dünyagörüşünün formalaşmasında vacibliyini vurğulayıblar.

Teqlər: