Heydər Əliyev: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyası

Müstəqil Azərbaycan dövlətinin həyatında bir çox ilklər, o
cümlədən, tariximizdə ilk dəfə olaraq Milli Təhlükəsizlik
konsepsiyasının təşəkkülü və inkişafı Ulu Öndər Heydər Əliyevin adı
ilə bağlıdır. Tarix elmi bir mənalı şəkildə təsdiq edir ki, mövcud
olan bir çox siyasi təsisatlar və institutlar kimi, “milli
təhlükəsizlik” anlayışı da cəmiyyətin və dövlətin mövcudluğu üçün
son dərəcə vacib və önəmli hesab olunur.

Bu baxəmdan tarix elmi sübut edir ki, “milli təhlükəsizlik”
anlayışı ilk dəfə 1904-cü ildə ABŞ prezidenti Teador Ruzvelt
tərəfindən “Panama kanalı” ilə bağlı konqresə ünvanlanmış
məktubunda işlədilmişdir. Həmin vaxtdanda da “təhlükəsizlik”
anlayışı amerikalı politoloqların və dünya siyasətçilərinin ən çox
müraciət etdiyi istilahlardan(terminlərdən) biri olmaqla, “milli
mənafe” nəzəriyyəsinin ən mühim tərkib hissələrindən biri kimi şərh
edilmişdir. Amerikalı sosioloq U.Lipriman isə “milli təhlükəsizlik”
anlayışını, hər bir müstəqil dövlətin, beynəlxalq münasibətlərdə öz
movcudluğunu qoruyub saxlamağın bütöv bir sistemi olduğunu
əsaslandırmışdır. SSRİ-də isə “milli təhlükəsizlik” problemi əsasən
1990-ci ilin əvvəllərindən dövriyəyə buraxılmış, SSRİ Ali Sovetinin
Müdafiə və Milli Təhlükəsizlik Komitələrinin sənədlərində istifadə
edilmişdir. Həmin vaxtdan da, siyasi elmin mühim kateqoriyalarından
biri olaraq “təhlükəsizlik” problemi bilavasitə millətlə və
dövlətlə əlaqələndirilmiş, sabit sosial-siyasi, iqtisadi, mədəni və
digər vacib məsələləri, o cümlədən, dövlətin ən vacib
atributlarından hesab olunan, onun mövcudluğu problemi ilə vəhdətdə
öyrənilmişdir. Milli təhlükəsizlik, əslində siyasi baxımdan və
təcrübədə dövlətin alternativi kimi qəbul edilir, milləti( dövləti)
bütöv sistem kimi təcəssüm etdirir. Başqa sözlə, milli
təhlükəsizlik konkret tarixi şəraitdə milli mənafelərin
reallaşmasını təmin edən ictimai münasibətlər, ictimai şüur,
cəmiyyət institutlarını, onların mükəmməl fəaliyyətini və mövcud
olmaq vəziyyətini ifadə etmişdir. Bu da özlüyündə şəxsiyyəti,
cəmiyyəti və dövləti, onların təhlükəsizliyini təmin edən vəziyyəti
ifadə edir.

Millət üçün həlledici mərhələlərdə milli təhlükəsizlik
cəmiyyətin, cəmiyyət üzvlərinin və dövlətin təhlükəsizliyini ifa
edən vəziyyəti ehtiva edir. Buna görə də, demokratik cəmiyyətlərdə
şəxsiyyətin azadlığı və təhlükəsizliyi önə çəkilərək son dərəcə
vacib hesab edilir. Başqa sözlə, demokratik cəmiyyətlərdə millətin,
dövlətin , cəmiyyətin və hakimiyyətin təhlükəsizliyi özünə məqsəd
deyil, şəxsiyyətin və dövlətin azadlığına və təhlükəsizliyinə
təminat funksiyasını ifadə edir. Buna görə də siyasi elm “milli
təhlükəsizlik” termininə izah verərək onu şəxsiyyətin, cəmiyyətin
və dövlətin təhlükəsizliyinin məcmusu kimi şərh edir. Dövlət
təhlükəsizliyinə cəmiyyətdə siyasi qüvvələrin və ictimai qurupların
fəaliyyətinin idarə olunması, bu məqsədlə səmərəli mexanizmlərin
işlənib hazırlanması, onun mövcudluğu, cəmiyyətin təhlkükəsizliyi,
ictimai institutların normaların, əhalinin bütün qruplarının
hüquqlarının və azadlıqlarının təmin olunması vəziyyəti,
şəxsiyyətin təhlükəsizliyi isə ictimai insitutların və
təşkilatların fəaliyyətinin reallaşdırılması vasitəsi kimi qəbul
edilir. Bu mühim vəzifə dövlət həyatında son dərəcə əhəmiyyətli rol
oynamaqla, mahiyyət etibarı ilə milli təhlükəsizlik cəmiyyətdə
müxtəlif sahələr və struktur ünsürləri arasında siyasi, iqtisadi,
ekoloji,hərbi ,ideoloji və digər kimponentləri əhatə edir. Təsadüfi
deyil ki, ideya müəllifi Heydər Əliyev olan “Milli Təhlükəsizlik
haqqında” Azərbaycan Respublikasının qanunu, milli təhlükəsizlik
dedikdə- insan- onun hüquq və azadlıqları, cəmiyyət-onun maddi və
mənəvi dəyərlər sistemi, dövlət-onun müstəqilliyi, suverenliyi,
konstitutsiya quruluşu və ərazi bütövlüyü kimi obyektləri əhatə
etdiyi vurğulanmışdır.

Bu gün müstəqil Azərbaycan Respublikasının yaradılmasının və
inkişafının əsas memarı olan Heydər Əliyev, ölkəmizdə bir çox
ilklərə imza atmış görkəmli şəxsiyyət olaraq, “milli təhlükəsizlik”
konsepsiyasının da yaradılmasının, bü günkü yüksək inkişafının
yaradıcısı və qurucusudur. O, 1944-cü ilinin may ayından SSRİ
Dövlət Təhlükəsizlik orqanlarında işə qəbul edilərək, şərəfli bir
ömür yolu keçmiş, ömrünün sonuna qədər, bu orqanlarla bu və ya
digər şəkildə sıx bağlı olmuşdur. Sovet dövründə təhlükəsizlik
orqanlarında, əsasən, milli kadrlara müəyyən məhdudiyyətlər
qoyulmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan SSR-nin Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizlik Komtisənin əks-kəşfiyyat
xidmətinə ilk rəhbərlik edən milli kadr olmuşdur. Burada onun
müstəsna xidmətlərini, fenomen istedadını, yüksək təşkilatçılıq
qabiliyyətini xüsusi olaraq, qeyd etmək vacibdir. Onun ömür yolu
birmənalı şəkildə təsdiq edir ki,Heydər Əliyevin təkrarsız istedadı
və dərin məsuliyyət hissi, ağır və məsul xidmət sahəsi hesab olunan
təhlükəsizlik orqanlarında onun daimi yüksəlişinə səbəb olmuşdur.
SSRİ-də, ölkənin ictimai-siyasi həyatında son dərəcə əhəmiyyətli
rol oynayan Dövlət Təhlükəsizlik Komitəsində, milli kadrlara etibar
edilməsi təcrübəsinə, bəlkədə, ilk dəfə Azərbaycanda rast gəlmək
olar. Beləki, Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik
Komitəsinin sədr müavini, bundan 3 il sonra isə -1967-ci ildə
Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi, məsul vəzifəyə irəli
çəkilən ilk Azərbaycanlı olmuş və ona general-mayor ali rütbəsi
verilmişdir. Burada iştirak edən mütəxəsisslərin hər biri, etiraf
edərlər ki, bir qayda olaraq, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi,
habelə, onun müttəfiq Respublikalarda fəaliyyət göstərən qurumları
zaman-zaman yalnız daxili təlimatlar, məxfi əmrlər əsasında
fəaliyyət göstərmişdir. Bu da heç gizli deyil ki, sovet dövründə
təhlükəsizlik orqanlarında, bu və ya digər qanunların pozulmasına,
represiyaların ildən ilə daha da sərtləşməsinə münbit şərait
yaratmışdır. Apardığımız təhlillər göstərir ki, Heydər Əliyev
yeganə şəxsiyyətlərdən idi ki, o, hələ sovet dövründə represiyaları
kəskin tənqid etmiş, SSRİ Ali Sovetinin “ 20-30-cu illər represiya
qurbanlarına bəraət verilməsi haqqında” tarixi Fərmanın qəbul
edilməsinin faəl təşəbbüsçülərindən biri olmuşdur. Bu mərhələdə
“Üçlük”, “Beşlik”, “Yeddilik”, “Xüsusi müşavirələr”, “Hərbi
tribunallar”, başqa sözlə, siyasi idarələrin kollegiyaları
tərəfindən, SSRİ üzrə, ümumilikdə 3.778.234 nəfər əsassız
represiyalara məruz qalmışdır ki, onlarında 79.852 nəfəri, həmin
dövrdə cəmi 3 milyona yaxın əhalisi olan Azərbaycan SSR-nin payına
düşmüşdür. Bunlarında 5.152 nəfəri günahsız olmalarına baxmayaraq,
güllələnmiş, qalanları isə Sibirə sürgün edilmişdir.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdışı, milli tariximizdə qızıl hərflərlə yazılmış
məqamlarla zəngindir. Beləki onun 15 mart 1996-ci il tarixdə
“Siyasi represiya qurbanlarına bəraət verilməsi haqqında” Fərmanı
mühim tarixi əhəmiyyət kəsb etmişdir. Bu Fərmanın və Ulu Öndər
Heydər Əliyevin göstərişi əsasında Respublika Prokurorluğu
tərəfindən 14.444 cinayət işi arxivlərdən götürülərək diqqətlə
öyrənilmiş, nəticədə 25.524 nəfər şəxsə-siyasi represiya
qurbanlarına bəraət verilmiş, onların təmiz adları bərpa
edilmişdir.

Ulu Öndər çıxışlarında dəfələrlə keçmişi xatır­layaraq,
azərbaycanlıların başına gətirilən mü­sibət­lərdə, faciələrdə,
siyasi repres­siyalarda erməni qriqor­yanların, markar­yanların,
to­purad­ze­lərin, Nə­ri­man Nərimanova qarşı aparılan
fitnəkar­lıqlarda Mir­zoyanın, Mikoyanın, Sarkisin və
baş­qa­la­rının fəal təşkilatçılıq əməllərinin ürək ağrısı ilə qeyd
edirdi… O, göstərirdi ki, repressiyaların tüğyan et­diyi illərdə
Azərbaycanın 52 rayonundan 31-nin təhlükəsizlik orqanlarının
(NKVD-nin) sədrləri erməni millətindən olan şəxslər idi. Bu
funksiyaları Astarada Arake­lovun, Astarxan­bazarda(hazırki
Cəlilabad), Ça­mar­di­yanın, Zəngilanda Zərgər­ya­nın, Samuxda
Petrosyanın, Ma­sallıda Avanesovun, Lənkə­ran­da Mov­ses­yanın,
Naxçıvanda Akopyanın, Ağacan­yanın, Ako­po­vun, Sey­da­no­vun,
Zəkiya­nın, Parseqovun, İones­yanın, Şxan­yanın və başqalarının
bilavasitə rəbərliyi ilə icra edilirdi. Ulu Öndər bu faktları
sadalamaqla keçmiş Dağlıq Qarabağın erməni faşistləri tərəfindən
işğal altından azad olunmasını vacib sayır və bunu ölkənin milli
təhlükəsizliyinin təmin olunmasının ən vacib atributlarından biri
hesab edirdi. Ulu Öndərin layiqli siyasi varisi, Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Respublika Prezidenti, cənab İlham Əliyev onun
vəsiyyətini şərəf borcu kimi qəbul edərək, bütün ölkə əhalisini bir
yumruq kimi ilk dəfə olaraq, birləşdirmiş və 44 gün müddətində,
Vətən torpaqlarını yağı düşməndən qəhrəmanlıqla azad etməyə nail
ola bilmişdi. Tariximizin qızıl hərflərlə yazılmış, bu şanlı
səhifəsi Şuşada, dünya azaqrbaycanlılarının beşinci qurultayı ilə
özünün ən təntənəli və ən yadda qalan tarixi tədbirin keçirilməsi
ilə yaddaşlara əbədi həkk olunmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasında və
inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu günlər
daha çox xatırlanır. Müstəqilliyimizin bərpası 18 oktyabr 1991-ci
ildə baş tutsa da, onun əsası Naxçıvanda məhz Heydər Əliyevin Ali
Məclisə sədr seçilməsi ilə başlanmış və Bakıda başa çatdırılmışdır.
Naxçıvanda keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, o
cümlədən, Sərhəd Xidmətinin təxribatçı, pozucu fəaliyyətinin
qarşısını qətiyyətlə almaq üçün o , Naxçıvan Ali Məclisinin sədri
olaraq, Muxtar Respublikada ilk dəfə olaraq Təhlükəsizlik Xidmətini
ləğv etmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra-1991-ci
ildən başlayaraq, milli təhlükəsizliyinin əsas məqsədləri, milli
maraq çərçivəsinin hədləri və onun real olaraq həyata keçirilməsi
gündəlikdə duran ən vacib məsələlərdən birinə çevrildi. Ulu Öndərin
Bakıya qayıdışı, bu vacib problemin uğurlu həllini təmin etmiş
oldu. Heydər Əliyev ölkəmizdə milli təhlükəsizlik siyasətinin əsas
istiqamətlərinin, vəzifələrinin, mexanizmlərinin, metod və
vasitələrinin müəyyən edilməsini, bu sahədə qanunvericilik
aktlarının hazırlanmasını və qəbul edilməsini, təşkilatı
strukturların təşəkkülü və inkişafı üçün vacib olan əsas məsələləri
öz nəzarəti altında həll etdi.

Bu barədə təhlükəsizlik orqanlarının yubileylərində,
iclaslarında, toplantılarında Heydər Əliyevin proqram əhəmiyyətli
ideyalarının və onun əsas istiqamətlərinin icrasının
reallaşdırılması onun vaxtsız vəfatı üzündən tam mümkün olmasa da ,
lakin, onun layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş
Komandanı, Respublika Prezidenti , cənab İlham Əliyevin bilavasitə
təşkilatçılığı və rəhbərliyi ilə uğurla həyata keçirildi. Beləki,
27 mart 2004-cü il tarixli Fərmanla “Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnamə, 29 iyun 2004
tarixli qanunla “Milli Təhlükəsizlik haqqında”, habelə, “Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunları qəbul edildi. 23 may 2007-ci il tarixdə isə 2198№-li
Sərəncamla “Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik
Konsepsiyası” hazırlanıb, təsdiq olundu. Bundan başqa, 8 iyun
2010-cu ildə “Azərbaycan Respublikasının Hərbi doktrinası” təsdiq
edildi. Dünya təcrübəsi diqqətlə nəzərə alınaraq, sonralar Milli
Təhlükəszilik və Xarici Kəşfiyyat Xidmətlərinin fəaliyyəti,
strukturu, maddi texniki imkanları, kadr potensialı köklü surətdə
təkmilləşdirildi.

Bu günlərdə dünya azərbaycanlılarının beşinci- Şuşa
qurultayında, eləcə də, ADA universitetində keçirilən beynəlxalq
tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev
Proqram əhəmiyyətli məruzələrində milli dövlət quruculuğunun, o
cümlədən, milli təhlükəsizlik probleminin uğurlu həllinin əsas
konturlarını müəyyən etmişdir. Bu baxımdan ölkənin yeni “Milli
Təhlükəsizlik Konsepsiya”sının layihəsinin hazırlanması və təsdiq
edilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bu sahədə mütəxəssis-
tədqiqatçı kimi, bu gün qeyd etməyi xüsusi ilə vacib bilirəmki,
akademik Urxan Ələkbərovun bilavasitə rəhbərliyi ilə alimlərimiz bu
konsepsiyanın layihəsinin hazırlanmasına öz töhvələrini verməkdə
fəallıq göstərməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Siyasi idarəetmə” kafedrasının müəllimi, siyasi
elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Cəlil Xəlilov

Teqlər: