Həyat yoldaşının dairəsindən özü namizəd oldu

Həyat yoldaşının dairəsindən özü namizəd oldu

Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı 70 saylı (əvvəl 61 saylı idi) Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb.

AzerTimes xəbər verir ki, bu barədə Globalinfo.az-a açıqlamasında Tənzilə Rüstəmxanlı özü bildirib.

“Bu il 70 saylı Neftçala seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Yəqin ki, imza vərəqlərini sabah götürərəm. Bundan sonra artıq imza toplamağa başlayacağam”, – o vurğulayıb.

Qeyd edək ki, Tənzilə Rüstəmxanlının həyat yoldaşı, xalq şairi, istiqlalçı deputat Sabir Rüstəmxanlı 6-cı çağırış Milli Məclis seçkilərində 61 saylı (hazırda 70 saylıdır) Neftçala seçki dairəsindən deputat seçilmişdi.

Teqlər: