Taliban hökuməti İran və Pakistanı təmkinli olmağa çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Taliban hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Region uzunmüddətli qeyri-sabitlikdən sonra təhlükəsizliyə yaxın olduğu bir vaxtda hər iki tərəf bölgənin sabitliyinin daha da möhkəmləndirilməsi istiqamətində çalışmalı, mübahisəli məsələləri diplomatik kanallar vasitəsi və dialoq yolu ilə həll etməlidir”, – bəyanatda qeyd olunub.