Bu gün Qarabağ müharibəsi nəticəsində dağıdılmış Ağdam şəhərini ziyarət etdik. Bu, lap Xirosimadir.
AzerTimes-ın məlumatına görə, bu barədə Ukraynalı hərbi müxbiri Roman Boçkala öz “Facebook” səhifəsində yazıb.
Hərbi müxbir bildirib ki, hətta Suriyanın Homs şəhərində bu qədər əhatəli dağıntıları görməyib:
“Heç bir sağ bina qalmayıb. Cümə məscidinin minarələrinin xilas olması möcüzəsi. Ancaq bunun da bir izahı var. Atəşi tənzimləmək üçün oriyentir olublar”.