Ötən gün Rusiyanın Həştərxan şəhərində narkotikdən zəhərlənənlərin sayı 19 deyil, 25 nəfərdir.
AzerTimes xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, zəhərlənməyə səbəb metadon olub.
“Mash” Teleqram kanalı isə zəhərlənənlərin ən kiçiyinin 18, ən yaşlısının isə 42 yaşının olduğunu yazıb.
“Bir nəfər komaya düşüb. 29 yaşlı bir kişi və 19 yaşlarında olan iki qız ölüb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyinin regional şöbəsi noyabrın 17-dən 20-dək 19 nəfərin narkotik və psixotrop maddələrdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildikləri barədə məlumat yaymışdı.