Rusiyanın Həştərxan vilayətinin Kamızyakski rayonunda Bolşaya Çernaya çayının Razdor kəndi ərazisində kiçikhəcmli gəmi batıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN regional idarəsi yayıb.
Bildirilir ki, hadisə gecə saatlarında baş verib. Gəminin göyərtəsində 3 nəfər olub. Onlardan ikisi üzərək sahilə çıxmağı bacarıb.
“İlkin məlumatlara görə, bir nəfər suda boğulub”, – deyə qurumdan bildiriblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.