Həsənquliyev İqbal Ağazadəyə görə dairəsini dəyişir

Həsənquliyev İqbal Ağazadəyə görə dairəsini dəyişir

Mən belə proqnozlaşdırırdım ki, senyabrın 13-15-də “Formula-1” yarışları keçiriləcək. Noyabr ayının iki həftəsində COP29 tədbirləri nəzərdə tutulub. Bu tədbirlərdə iştirak etmək üçün ölkəmizə on minlərlə qonaq gələcək. Ona görə də seçkinin sentyabrın əvvəlləri, yaxud avqust ayında keçirilmə ehtimalı var. Amma bu məsələ Prezidentin iradəsindən asılıdır.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Reytinq”ə geniş müsahibəsində parlament seçkilərinin vaxtı ilə bağlı danışarkən deyib.

O, hansı dairədən namizəd olacağını bu cür izah edib:

“Mən keçən seçkilərdə 36 saylı Xətai Seçki Dairəsindən namizədliyimi irəli sürmüşdüm. Amma İqbal Ağazadə (Ümid Partiyasının sədri – red.) deyib ki, həmin dairədən namizədliyini irəli sürəcək. Dəyişiklik nəticəsində mənim keçən dəfə namizəd olduğum dairə onun vaxtilə bir neçə dəfə deputat seçildiyi dairənin ərazisinə düşür. Bu səbəbdən seçki dairəsinin nömrəsində fərq ola bilər”.

O vurğulayıb ki, qalib gəlmək ehtimalının çox yüksək olduğu dairədən namizədliyini irəli sürəcək.

Teqlər: