ABŞ Həşdi-Şabi şiə qoşunlarının 12-ci briqadasının komandiri Əbu Təqva əl-Saidi və onun silahdaşının ölümü ilə nəticələnən hücumu öz üzərinə götürüb.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlərə açıqlamasında deyib.
Rayder Əbu Təqvanın İraqdakı ABŞ bölmələrinə qarşı hücumlarda aktiv rol oynadığı üçün öldürüldüyünü bildirib.
“Hücum müdafiə məqsədilə həyata keçirilib və heç bir mülki şəxsə zərər verilməyib”, – Rayder qeyd edib.
Qeyd edək ki, Bağdadın şərqində yerləşən Həşdi-Şabi (Əl-Həşd əş-Şaabi) bölmələrindən birinin qərargahına pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdı.