“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabat
Milli Məclisin plenar iclasına tövsiyə edilib.
AzerTimes-ın məlumatına görə, hesabat Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilib.
2021-ci ildə Hesablama Palatasının audit və analitik fəaliyyəti
hesabına 44 kənar dövlət maliyyə nəzarəti həyata keçirilib.
Sənədə əsasən, bunun 32 %-də nəzarət tədbiri ilk dəfə baş tutub.
Nəzarət tədbirinin əhatə etdiyi orqanlardan 3-ü ali kateqoriya
dövlət orqanı, 8-i mərkəzi cra hakimiyyəti orqanı və 1-i digər
dövlət orqanı, 7-si publik hüquqi şəxs, 7-si dövlət mülkiyyətində
olan və dövlətin səhmi (payı) olan müəssisə, 3-ü elm müəssisəsi,
digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan
təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar
olub.
Müzakirələrdən sonra hesabat plenar iclasa tövsiyə edilib.