Xəbər - Samir Əli – Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində satınalmalarla bağlı nöqsanlar aşkarlanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilib.
Qeyd edilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi üzrə – malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq, dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrə materiallar Baş Prokurorluğa təqdim edilib.