Rusiya iqtisadiyyatı 2023-cü ildə 2,7 faiz artıb və 2024-cü ildə 1,3 faiz artacağı gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin İqtisadi Təhlil və Siyasət şöbəsinin direktoru Şantanu Mukerci bildirib.
“Biz hesabladıq ki, Rusiya iqtisadiyyatının artımı təqribən 2,7 faiz olub, 2024-cü ildə artım 1,3 faizə qədər yavaşlayacaq”, – Mukerci qeyd edib.