Hesabat: Uşaqlarını dilənçiliyə cəlb edən valideynlər…

Hesabat: Uşaqlarını dilənçiliyə cəlb edən valideynlər…

Ötən il uşaqları avaralıq və dilənçiliyə cəlb edən 345 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında qeyd olunub.

Bildirilib ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 5 446, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 342 azyaşlı gətirilib. Onlardan 654-ü polisdə profilaktiki qeydiyyata götürülüb. Valideyn himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 150 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilib, zəruri yardım, himayə və köməklik göstərilməsi üçün səhiyyə, sosial-müdafiə və digər dövlət qurumlarına 168 məlumat və müraciət ünvanlanıb. Valideynlərdən 38 nəfəri profilaktik nəzarətə götürülüb.

Teqlər: