Hesabat: İranda 419 etirazçı öldürülüb

Hesabat: İranda 419 etirazçı öldürülüb

Sentyabrın 17-dən bəri İranda davam edən etiraz aksiyalarında 60-ı uşaq olmaqla, 419 nəfər öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının noyabrın 21-ə olan məlumatında qeyd edilir.

Məlumatda həmçinin 17451 nəfərin saxlanıldığı, onlardan 3024 nəfərin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu müddət ərzində 155 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər keçirib. 142 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.

Teqlər: