Ukraynada baş verən genişmiqyaslı müharibə zamanı 15 mindən çox insan itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə İtkinlər üzrə Beynəlxalq Komissiyanın (ICMP) hesablamalarında deyilir.
ICMP-in Avropa üzrə direktoru Metyu Hollidey bildirib ki, nə qədər insanın məcburi köçkün edildiyi, Rusiyada saxlandığı, ailələrindən ayrıldığı və ya öldüyü və müvəqqəti məzarlarda basdırıldığı bəlli deyil.
Onun sözlərinə görə, təkcə Mariupolda 25.000 adamın öldüyünü və ya itkin düşdüyünü nəzərə alsaq, 15.000 rəqəmi konservativ hesablamadır.