Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır – Ceyhun Bayramov

Hesab edirik ki, regionun nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır.

Bunu xarici işlər nazir Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında AzerTimes-ın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırlıq xarakteri daşıyan işlər intensiv şəkildə davam edir. Artıq üçtərəfli işçi qrupunun sədrlərinin 6 iclası keçirilib:

“Orada böyük həcmdə iş var və bu məsələlər üzərində ekspert yarımqrupları işləyir. Bəzi məsələlərdə irəliləyiş digərləri ilə müqayisədə daha çoxdur. Buna həm də Ermənistandakı daxili siyasi vəziyyət də təsir edir. Hesab edirik ki, nəqliyyatla bazğlı razılaşmalara daha çox diqqət ayrılmalıdır. Əminəm ki, tezliklə bəzi nəqliyyat marşrutları ilə bağlı işlərin başlamasının şahidi olacağıq”.

Teqlər: