Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az, mobil tətbiq istifadəçilərini sevindirmək məqsədilə yeni kampaniyaya start verib. Kampaniyaya əsasən, 14-31 Yanvar tarixlərində Hesab.az mobil tətbiqində mobil balans artımı edən bütün istifadəçiləri hədiyyələr gözləyir.
Belə ki, Hesab.az-ın loyallıq proqramında Hesab Koin toplayan istifadəçilər mobil balans ödənişlərindən 4-QAT Koin, Bonus toplayan istifadəçilər isə həm Bonus, həm də 3-QAT Koin qazanacaq! Kampaniyada iştirak etmək üçün isə, tətbiq üzərindən “Mobil” bölməsində minimum 1 AZN məbləğində ödəniş etmək kifayətdir. Qeyd edək ki, kampaniyada iştirak sayı limitsizdir.
Xatırladaq ki, Hesab.az-ın təqdim etdiyi loyallıq proqramı – “Qazananlar Klubu” bütün istifadəçilərə ödəniş qarşılığında Hesab Koin və ya Bonus toplamaq fürsəti verir. Hesab Koinlər və Bonuslarla “Dərhal Dəyiş” bölməsində hədiyyələr və endirimlərdən yararlanmaq mümkündür. İstifadəçilər Hesab Koinləri, həmçinin, AZN-ə dəyişməklə ödənişlər zamanı da istifadə edə bilirlər. Həmçinin, istifadəçilərə bir loyallıq proqramından digərinə keçid imkanı da təqdim edilir. Bu zaman istifadəçilərin toplamış olduqları Hesab Koinlər və ya Bonuslar dəyişməz olaraq qalır və “Dərhal Dəyiş” bölməsində istifadə edilə bilir.
Hesab.az-ın mobil tətbiqini yükləmək üçün: https://bit.ly/3d5OH5l
Kampaniya haqqında daha ətraflı: https://hesab.az/#/triple
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.