Azərbaycanda onlayn ödənişlər sahəsində lider olan Hesab.az onlayn xidmətlər platforması – bütün istifadəçilərini daha rahat və daha sürətli ödəniş imkanları ilə təmin etmək üçün daim yeniliklər həyata keçirir.
Bu istiqamətli təşəbbüslərdən növbətisi, bu gün istifadəyə verilən Hesab.az mobil tətbiqinin yenilənmiş versiyasıdır. Hazırda tətbiqetmə təkmilləşərək istifadəçi rahatlığının təmin edilməsi və ödəniş əməliyyatlarının daha da sürətlə həyata keçirilməsinə yönəlmişdir.
Bununla yanaşı olaraq, Hesab.az komandası, mobil tətbiqə yeni xidmətlər daxil etməklə istifadəçiləri sevindirməyi də unutmayıb. Belə ki, tətbiq üzərində artıq SMS radar xidmətini aktivləşdirmək, ƏDV Geri Al xidmətindən yararlanmaq və Hesab.az-ın loyallıq proqramlarından biri – Hesab Koinlər ilə Dərhal Dəyiş bölməsində hədiyyələr əldə etmək mümkündür.
Qeyd edək ki, hal-hazırda Hesab.az onlayn ödəmə platformasının 650 000-dən çox qeydiyyatlı istifadəçisi mövcuddur. Platformadan istifadə edən hər kəs, heç bir yerə getməyə ehtiyac qalmadan, kommunal, internet, bank və mağaza kreditləri, parkinq və sığorta ödənişləri də daxil olmaqla 150-dən çox xidməti zaman və məkan məhdudiyyəti yaşamadan, daha operativ həyata keçirə bilir.
Hesab.az-ın yenilənmiş mobil tətbiqini aşağıdakı linklərə keçid etməklə yükləmək mümkündür:
Android cihazlarına tətbiqi yükləmək üçün keçid: http://bit.do/hesabazandroid
İOS cihazlarına tətbiqi yükləmək üçün keçid: http://bit.do/hesabazios
Appgallery cihazlarına tətbiqi yükləmək üçün keçid: https://bit.ly/2EZubp6
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.