Hesab.az hər kəsi 2-QAT qazandıracaq kampaniya başladıb

Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az, bütün istifadəçilərini sevindirəcək yeni kampaniyaya start verib. Belə ki, 1-15 Oktyabr tarixlərində Hesab.az mobil tətbiqində ödəniş edən hər kəs 2-QAT Hesab Koin və ya Bonus qazanacaq!

Kampaniyada iştirak etmək üçün şərtlər isə, çox sadədir. Hesab.az-dan aldığımız məlumata əsasən, kampaniyada minimal ödəniş məbləği üzrə məhdudiyyətlər yoxdur. Mobil tətbiq ilə ödəniş həyata keçirən yeni və mövcud istifadəçilər hər ödəniş qarşılığında (sığorta ödənişləri istisna) 2-QAT Hesab Koin və ya Bonus əldə edəcək.

Qeyd edək ki, Hesab Koin və Bonus – Hesab.az-ın istifadəçilərinə özəl təqdim etdiyi loyallıq proqramlarıdır. Platformada qeydiyyatdan keçən bütün istifadəçilərə ödəniş əvəzində Hesab Koin, yaxud Bonus toplamaq seçimi təklif olunur. Hesab Koinlər və Bonuslarla “Dərhal Dəyiş” bölməsində hədiyyələr və endirimlərdən yararlanmaq mümkündür. İstifadəçilər Hesab Koinləri, həmçinin, AZN-ə dəyişməklə ödənişlər zamanı da istifadə edə bilirlər. Qeyd edək ki, istifadəçilərə bir loyallıq proqramından digərinə keçid imkanı da təqdim edilir. Bu zaman istifadəçilərin toplamış olduqları Hesab Koinlər və ya Bonuslar dəyişməz olaraq qalır və “Dərhal Dəyiş” bölməsində istifadə edilə bilir.

Hesab.az-ın mobil tətbiqini aşağıdakı linklərə keçid etməklə yükləmək mümkündür:

Android cihazlarına tətbiqi yükləmək üçün keçid: http://bit.do/hesabazandroid

İOS cihazlarına tətbiqi yükləmək üçün keçid: http://bit.do/hesabazios

Appgallery cihazlarına tətbiqi yükləmək üçün keçid: https://bit.ly/2EZubp6

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Teqlər: