Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan onlayn xidmətlər platforması Hesab.az istifadəçilərini düşünərək onlara faydalı, qazandıran kampaniyaları etmək ənənəsini hər zaman davam etdirir.
Belə ki, Hesab.az 17 İyun – 31 İyul tarixləri arasında Visa şirkəti ilə birgə təqdim etdiyi növbəti kampaniya ilə istifadəçilərinə hədiyyələr qazandırdı.
Kampaniya şərtlərinə əsasən, Hesab.az onlayn ödəniş platformasında saxlanılan Visa kartı ilə ümumilikdə 50 AZN və daha çox məbləğdə “Avtomatik ödəniş” həyata keçirən 1000 istifadəçi hədiyyə olaraq avtomobil üçün premium FM modulyator qazandı.
Qeyd edək ki, “Avtomatik ödənişlər” Hesab.az onlayn ödənişlər platformasında avtomatik ödəniş həyata keçirmək üçün əla imkandır. Bu funksiya vasitəsilə ödənişlər zamanı ödəniş məlumatlarını bir dəfə daxil etdikdən sonra növbəti ödənişlər istifadəçi tərəfindən müəyyən olunan qrafik, yaxud borc üzrə avtomatik həyata keçirilir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.