Həmişə fərqli, qazanclı kampaniyalar edən, istifadəçilərinin rahat ödəniş etmələrini təmin etməyə çalışan Hesab.az, seçilmiş bank kartlarına özəl olaraq yeni kampaniyaya başladı. Hesab.az, 4 həftə ərzində istifadəçilər üçün fərqli bank kartları ilə 2-QAT Hesab Koinlər və ya Bonuslar qazanmaq imkanı yaradacaq. İlk həftənin seçilmiş bank kartları Paşa Bank və Azərpoçt bank kartları oldu.
Kampaniyaya əsasən, 19-25 May tarixlərində qeydiyyatlı hesabdan Paşa Bank və Azərpoçt bank kartları ilə edilən istənilən məbləğdə hər ödəniş üçün, anında 2-QAT Hesab Koinlər və ya Bonuslar qazanacaqlar. Ətraflı: https://bit.ly/3owymeV
Hesab Koin, “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan onlayn ödənişlər üçün nəzərdə tutulan Hesab.az-ın virtual məhsulu hesab olunur. Hesab Koinlərə və Bonuslara “Dərhal dəyiş” bölməsində hədiyyə və endirimlər təklif olunur. Eyni zamanda ödənişlər qarşılığında qazanılan Hesab Koinlər növbəti ödənişlər üçün sərf edilə bilər.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.