20:46
İsrailliləri Fələstin radikallarının hücumları qarşısında birliyə çağırıram.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq xalqa telemüraciətində deyib.
O, bu şərtlərdə müxalif siyasətçilərin iştirakı ilə milli birlik hökumətinin qurulmasının tərəfdarı olduğunu bildirib:
“Xalq, Knesset və birlik hökuməti daxilində birliyin vaxtı çatıb”.
Qeyd edək ki, İ.Hersoq ötən gün də X hesabından əhaliyə çağırış edib.