Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə İsrail Prezidenti İshaq Hersoq arasında görüş baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, prezidentlər İranın Rusiya ilə əlaqələrinin möhkəmlənməsi fonunda yaranan təhdidləri müzakirə ediblər.
Bayden növbəti dəfə əmin edib ki, İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək.