Bakıda tələbə vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsində məlumat verilib.
Bildirilib ki, Bakı Mühəndislik Universitetinin (BMU) 2022-ci il bakalavr, Azərbaycan Texniki Universitetinin (ATU) 2024-cü il magistr məzunu Telman Nizamov yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
Qeyd edək ki, o, iyulun 20-də hərbi xidmətə gedəcəkdi.