Hərbi xidmətə çağırılanlar xidmət yerləri haqqında məlumatlandırılıb

Azərbaycan Respublikasında 2022-ci ilin aprelin ayında müddətli
həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr
üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən martın 19-da SMS
vasitəsilə məlumatlandırılıblar.

SHXÇDX-dən AzerTimes-a verilən xəbərə görə, vətəndaşlar xidmət
edəcəkləri hərbi hissə və qoşun növünü Dövlət Xidmətinin rəsmi
internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi
xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında
məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada
daxil etməklə dəqiqləşdirə bilərlər.

Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil
telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil
şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil
edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli
həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu
xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin
istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə,
idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil
nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların
məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə –
dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir. Məlumat
üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan
Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fevralın
18-də Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış
gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı
Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli
həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya
müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş
vətəndaşlarımız 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi
hərbi xidmətə çağırılacaqlar.

Teqlər: