2023-cü ilin hazırlıq planına əsasən N hərbi hissəsində keçirilən hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.
Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib.
Hərbi vəzifəlilər həmçinin komando hazırlığı üzrə məşğələlərdə iştirak edib. Onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də piyada və tank əleyhinə minalarla bağlı ətraflı məlumat verilib. Komandoların istifadəsində olan silahlardan və gecəgörmə cihazlarından düzgün istifadə qaydaları öyrədilib.
Toplanış müddətində hərbi vəzifəlilərlə müasir döyüş üsulları məşq etdirilib.
Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.