Hərbi təyyarəçilərimiz “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və
helikopterlər Bakıda keçirilən “Texnofest Azərbaycan” festivalında
ilk uçuşlarını icra edib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, hərbi pilotlarımızın MiQ-29 təyyarəsi ilə
çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən
böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan
pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə
də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan
müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.

Teqlər: