Azərbaycan Ordusuna məxsus olduğu iddia edilən hərbi texnikanın üzərində tərsinə qeyd olunmuş “A” simvolu erməniləri qorxuya salıb.
AzerTimes Yenipress.az-a istinadən xəbər verir ki, onlar tərs “A” simvolunu V (Viktoriya)-qələbə, A-Azərbaycan, V-nin ortasındakı xəttin (-) isə Zəngəzur dəhlizinin açılmasına işarə olduğunu iddia ediblər.
Qeyd edək ki, Ordumuza məxsus texnikaların üzərində belə bir görüntünün olduğuna dair heç bir rəsmi fakt yoxdur.