Hərbi qulluqçunun özünü asaraq öldürməsi barədə araşdırma aparılır – Hərbi Prokurorluq

Mayın 26-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş çavuş
Şirəliyev Canmirzə Çingiz oğlunun həmin gün özünü asaraq öldürməsi
barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun
əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş
üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb,
izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər
zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Füzuli hərbi prokurorluğunda araşdırma davam etdirilir
və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin
görülməsi təmin ediləcək.

Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq
istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və
hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur.

Teqlər: