Hərbi qulluqçularla “Beynəlxalq humanitar hüquq” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Təsdiq olunmuş plana uyğun olaraq Şəxsi Heyət Baş İdarəsinin
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Hüquq
İdarəsinin hərbi qulluqçuları tərəfindən hərbi hissələrdə “Beynəlxalq humanitar hüquq (Silahlı münaqişələr hüququ)” hazırlığı
üzrə maarifləndirici tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, tədbirlərdə hərbi qulluqçulara beynəlxalq
humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı
münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyəti barədə
ətraflı məlumat verilib, şəxsi heyətin əməl etməli olduğu mühüm
vəzifə və tapşırıqlar izah edilib.

Döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin
təhlükəsizliyinin təmin edilməsi, hərbi əsirlərlə davranış
qaydaları, eləcə də Cenevrə Konvensiyalarının digər tələblərinə
dair fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.

Teqlər: