Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə metodiki məşğələlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına
əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji
Təminat İdarəsinin psixoloqları tərəfindən hərbi hissələrdə
metodiki məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, tədbirlər çərçivəsində gənc əsgərlərlə
psixoloji iş fəaliyyətini həyata keçirən zabit psixoloqlarla
metodiki məşğələlər keçirilib, gənc əsgərlərin hərbi xidmət
şəraitinə uyğunlaşmasına köməklik göstərilməsi və hərbi
qulluqçuların psixoloji dayanıqlığının yüksəldilməsi məqsədilə
onlarla maarifləndirici söhbətlər aparılıb.

Sonda zabit psixoloqları maraqlandıran suallar cavablandırılıb,
lazımi tövsiyələr verilib.

Teqlər: