Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq – Spiker

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda hərbi qulluqçuların təminatının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, ölkəmizdə ordu quruculuğu ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir:

“Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib. Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”.

Teqlər: