Azərbaycanda hərbi qulluqçuların pensiyaların hesablanması
qaydalarına dəyişiklik edilir.
AzerTimes-ın
məlumatına görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna
dəyişikliklər təklif edilir. Dəyişiklikləri AzerTimes-a şərh edən Milli
Məclisin deputatı Vüqar Bayramov bildirib ki, mövcud
qanunvericiliyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası
hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
“Təklif edilən dəyişikliklərə əsasən də, aaşağıdakı şəxslər
istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin
olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək
pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə
yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul
edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş
şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş
şəxslər; ali zabit heyətinə aid şəxslər”, – deyə o bildirib.