Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət edib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.