Hərbi qulluqçular arasında atletika üzrə yarışlar keçirilib (FOTO)

Quru Qoşunlarının 2022-ci il hazırlıq planına uyğun olaraq hərbi
qulluqçular arasında atletika üzrə yarışlar keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, yarışların açılış mərasimində əvvəlcə
ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət
himni səsləndirilib.

Qeyd olunub ki, yarışların keçirilməsində əsas məqsəd Azərbaycan
Ordusunda hərbi qulluçuların fiziki hazırlıq səviyyələrinin daha da
yüksəldilməsidir.
Beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda tərkibi 12
nəfərdən ibarət olmaqla 10 komanda iştirak edib.

Yarışların proqramına əsasən hərbçi idmançılar müxtəlif
məsafələrə qaçış, hündürlüyə və uzununa tullanma, eləcə də estafet
yarışlarında güclərini sınayıblar.
Yekunda qaliblərə kubok və diplomlar təqdim edilib.

Teqlər: