Hərbi Qənimətlər Parkının veb saytı istifadəyə verilib (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Hərbi Qənimətlər Parkının veb saytı istifadəyə verilib.

AzerTimes-ın məlumatına görə, vebsaytın yaradılmasında məqsəd, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.

Saytında özəlliklərindən biri odur ki, park ziyarətçilər texnikaların qarşısında yerləşən məlumat tablolarındaki QR kodları scan edərək texnikalar haqqında daha ətraflı məlumatı vebsayt üzərindən 1 toxunuşla əldə edə biləcəklər.

Hərbi Qənimətlər Parkının veb saytı: www.herbiqenimetlerparki.az

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb.

Aprel ayının 12-də ölkə başçısı Prezident İlham Əliyevin iştirakı ilə qənimətlər parkının açılışı baş tutub.

Teqlər: