Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri
Novruz bayramı ərəfəsində işğaldan azad olunan ərazilərdə
dislokasiya olunan hərbi hissələrdə olub, hərbi qulluqçularla
görüşlər keçiriblər.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, tədbirlərdə əvvəlcə ümummilli lider Heydər
Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına
verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək
əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz
ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə
ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət
açıblar.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir
qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.