2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
AzerTimes xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarısına dair kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib.
“Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib”, – deyə, o, əlavə edib.