Hərbi prokuror deputatları aşağıladı: Niyə üzr istəyim?

Hərbi prokuror deputatları aşağıladı: Niyə üzr istəyim?

Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun: heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

AzerTimes xəbər verir ki, bu sözləri Hərbi prokuror Xanlar Vəliyev “Manşet.az”-a müsahibəsində “Tərtər işi” ilə bağlı millət vəkillərinin ona ittihamlar ünvanlaması, istefaya çağırması, hətta onun məsuliyyətə cəlb edilməsi barədə səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.

O, “Tərtər işi” çərçivəsində qanunsuzluqlar haqda yayılan məlumatları heç vaxt “nağıl” adlandırmadığını da bildirib:

“Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni nağıl adlandırmamışam. Mənə suallar verirdilər ki, Hərbi Prokurorluq əməkdaşları hərbiçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən də bunu “nağıl” adlandırmışam. Heç kəs deyə bilməz ki, Hərbi Prokurorluq əməkdaşları mənə təzyiq edib, məni döyüb. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz”.

X.Hacıyev millət vəkillərinin onun üzr istəməsi haqda tələblərinə isə bu cür cavab verib:

“Mən niyə üzr istəməliyəm, hansı səbəbə? Kim bunlar barədə danışır, ondan soruşun ki, niyə üzr istəyim? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar”.

Teqlər: