Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirildikdən sonra Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Hərbi hissənin xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçuları “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olunublar.

Teqlər: