Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb (VİDEO)

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi
2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o
cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində
bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, yoxlamalar zamanı “Həyəcan” siqnalı ilə
qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin
tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi
təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər
dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də
strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş
tapşırıqları barədə məruzələr dinlənilib.

Yoxlamaların keçirilməsində əsas məqsəd qoşun növü bölmələrinin
qarşılıqlı əlaqədə döyüşə hazırolma vəziyyətinə gətirilmə
vərdişlərinin, eləcə də komandir heyətinin yaranmış şəraitə uyğun
vəziyyəti qiymətləndirmə və çevik qərar qəbuletmə bacarıqlarının
təkmilləşdirilməsidir.

Teqlər: