Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına
əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji
Təminat İdarəsinin psixoloqlarının, Respublika Narkoloji Mərkəzinin
nümayəndələrinin iştirakı ilə hərbi hissələrdə tədbirlər
keçirilib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, tədbirlər çərçivəsində gənc əsgərlərə onların xidmət
şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması
məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və
dəstək fəaliyyəti həyata keçirilib, söhbətlər aparılıb.
Bundan əlavə, son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət
səviyyəsində keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin bu
zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması
istiqamətində görülən işlərdən danışılıb. Respublika Narkoloji
Mərkəzinin həkim-mütəxəssisləri tərəfindən psixoaktiv maddələrin
istifadəsinin insan orqanizminə ziyanı və sonrakı fəsadları barədə
maarifləndirici söhbətlər aparılıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb
və onlara lazımi tövsiyələr verilib.