Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim
keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bölmələr
ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış
əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar
edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə
yetiriblər.
Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş
hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların
praktiki vərdişlərinin təkmilləşdirilməsidir.