Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında baş verən partlayış nəticəsində uçuşan mərmilər dağlarda yanğına səbəb olub.
İstiPress-in Şimal bürosu xəbər verir ki, mərmilərin düşməsi nəticəsində Giləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür.
Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından məlumat verilib ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur.