Hərbi hissədə hərbi qulluqçu və mülki işçilərlə görüş oldu

Hərbi hissədə hərbi qulluqçu və mülki işçilərlə görüş oldu

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri “N” hərbi hissəsində olub, hərbi qulluqçu və mülki işçilərlə görüş keçiriblər.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə maarifləndirici söhbətlər aparılıb.

Həmçinin hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır, hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işləri aparılır.

Teqlər: