Hərbi həkimin evindən bir milyon dollar çıxdı

Hərbi həkimin evindən bir milyon dollar çıxdı

Kiyev polisi Çerniqov Hərbi Həkim Komissiyasının keçmiş rəhbərinin evində axtarışlar zamanı təxminən 1 milyon dollar tapıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Pablik” telekanalı məlumat yayıb.​

“Axtarışlar cinayət işlərindən birinin istintaqı çərçivəsində Kiyevdə keçmiş məmurun mənzilində aparılıb. İşdə iştirak edən şəxsin adı açıqlanmır”, – məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin üç keçmiş məmuru 25 milyon dolları mənimsəməkdə ittiham olunub.

Teqlər: