

ABŞ hərbi gəmilərinin Panama kanalından sərbəst keçidi ilə bağlı bəyannamə imzalanacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
“Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin tərəfindən deyil, ABŞ tərəfindən qorunmalı olan əsas ərazidir”, – Heqset qeyd edib.