Hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu mövzu bağlanıb – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu mövzu bağlanıb.

AzerTimes-ın məlumatına görə, bunu Azərbayan xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə öz məsuliyyətini dərk edir:

“10 noyabr bəyanatından sonra da Azərbayca öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-ə qədər hərbi əsir qaytarıb.
Hazırda Ermənistan tərəfindən qaldırılan məsələ 10 noyabrdan təqribən bir ay sonra yaranan bir məsələdir. Azərbaycan hərbi qüvvələri tərəfindən nəzarət olunan, 10 noyabr razılaşmasına əsasən Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərin yerləşdirilməsi, təxribatlar törədilməsi nəticəsində 4 nəfər Azərbaycan hərbçisi həlak olub, bir mülki şəxs yaralanıb”.

Nazir qeyd edib ki, Azərbaycan tərəfindən aparılan əməliyyat nəicəsində ermənilərin həmin qrupu zərərsizləşdirilib və 62 nəfər tutulub:

“Aparılan istinaq nəticəsində həmin şəxslərin 26 nobar tarixində Azərbaycan ərazilərində yerləşdirilməsi öz təsdiqini tapıb. Onlar demək olar ki, hamısı Ermənitsanın Şirak vilayətindən olan insanlardır. Onar cinayət törədib, Azərbaycan qanunlarına əsasən həmin insanlar cinayət əməli törədiblər.

Şəxsin hərbi əsir adlandırılması üçün hərbi əməliyyatlar olmalıdır, lakin bu olmadıqda onları terrorçu adlandırmaq olar. Azərbaycan bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb. Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdik, bu əməllərin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu və bununla bağlı Ermənistana ciddi təzyiqn göstərilməsinin vacibliyini vurğulamışdıq.

Ermənistan tərəfi indi bu kimi spekulyasiyalarla özünün üçtərəfi bəyanat azidd addımlarını gozlətmək istəyir”.

Nazir vurğulayıb ki, üçtərəfli bəyanata əsasən Ermənistan hərbçiləri qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməlidir, lakin biz hələdə görürük ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbçilər yerləşdirməyə cəhd edilir: “Hətta erməni valideyinlər də buna etiraz edir, övladlarının Azərbaycan ərazisinə göndərilməsinə eiraz edirlər, valideynlər həmçinin övladlarının gecə vaxtı, mülki nəqliyyat vasitələri ilə tikinti işləri adı altında Azərbaycan ərazilərinə yerləşdirilməsi cəhdlərindən danışırlar. Azərbaycan tərəfi bununla bağlı məlumatları aidiyyatı beynəlxalq qrumlara təqdim edib”.

Teqlər: