Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov hərbi avtomobilin minaya düşməsi faktını AzerTimes-a təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması ilə bağlı dəqiq məlumat yoxdur.